Yuxarı

Soçidə razılıq əldə edildi, proses başlayır - Rus ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçidə razılıq əldə edildi, proses başlayır - Rus ekspert

13:52

Azərbaycan və Ermənistan sərhəddinin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması gərginliyin aradan qaldırılması və gələcəkdə sərhədlərin müəyyən edilməsi baxımından son dərəcə vacibdir.

Axar.az xəbər verir ki, bunu Report-a “Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, ekspert Stanislav Pritçin bildirib.

“Bu, son görüş deyil. Bu görüşdə tərəflər gərginliyin aradan qaldırılması və gələcəkdə sərhədlərin müəyyən edilməsi baxımından son dərəcə vacib əhəmiyyət kəsb edən sərhəddin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması haqqında razılığa gəldilər”, - o deyib.

Ekspert nəqliyyat dəhlizlərinin açılması məsələsinin də çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib:

“Bu məsələnin bəyanatda əks olunmasını və prezidentlərin də bu barədə danışmasını nəzərə alsaq, müəyyən razılığın əldə olunduğunu və yaxın zamanda açılma prosesinin başlayacağını güman etmək olar”.

Onun sözlərinə görə, görüşün formatı və onun nəticələrinə dair bəyanatın imzalanması ümumilikdə çox ciddi işin görüldüyündən xəbər verir.

Rusiyalı ekspert bildirib ki, dövlət başçılarının görüşü 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının ildönümü üçün keçirilməsi planlaşdırılırdı:

"Bu görüş bir tərəfdən yekun olmalı, digər tərəfdən gələcək həll planı haqqında danışmağa imkan verməli idi. Lakin həmin vaxt görüş çox güman ki, Ermənistan tərəfindən pozuldu. Bu da Ermənistan tərəfinin bu bəyanatı icra etməyə hazır olmadığından xəbər verir. Əvəzində isə Ermənistan Aİ-nin təklif etdiyi Brüssel görüşünə hazır olduğunu göstərdi”.

Tarix
2021.11.27 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla