Yuxarı

Petrosyan: Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır! - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Petrosyan: Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır! - Video

Tik Tok sosial şəbəkəsində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tele-müsahibəsi təkrar gündəmə gəlib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, uzun zamandan bəri öz praqmatik çıxışları ilə digər populist erməni siyasətçilərdən fərqlənən təcrübəli dövlət adamı müsahibəsində deyir ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib.

Ter-Petrosyan Azərbaycanın Qarabağ münaqişəsində səbirli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirir. O, Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edərək deyir:

"Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir".

Tarix
2021.12.02 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Kombos

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla