Yuxarı

Sərhəddə erməni təxribatı: Bakıdan İrəvana çağırış!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhəddə erməni təxribatı: Bakıdan İrəvana çağırış!

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq", - XİN-dən bildirilib.

Tarix
2021.12.11 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla