Yuxarı

Erməni terrorçuları Piter görüşü yox, Ordu məhv edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni terrorçuları Piter görüşü yox, Ordu məhv edəcək

Qanunsuz erməni silahlı bölmələrinin MDB ölkələri liderlərinin sammitində Əliyev və Paşinyanın görüşündən sonra Qarabağ ərazisindən çıxarılacağını gözləməyə dəyməz. Onları Bakı güc yolu ilə öz ərazilərindən yox edəcək.

Bu sözləri Axar.az-a müsahibəsində politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

“Bu silahlı qruplaşmalar Paşinyan və onun komandasına yalnız qismən tabe olurlar. Rəsmi İrəvanla yanaşı, onların həm Ermənistanda, həm də Ermənistandan kənarda digər sponsorları var. Bununla yanaşı, bu qanunsuz silahlı birləşmələrin iştirakçıları yalnız erməni millətinin nümayəndələrindən ibarət deyil. Oraya beynəlxalq terrorizmin nümayəndələri - dünya terror şəbəkələrindən olan muzdlular da daxildir.

Ümumilikdə isə ümid var ki, bu görüş Azərbaycan-Ermənistan sərhədində münaqişə hallarının azalmasına kömək edəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir.

Tarix
2021.12.28 / 16:05
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla