Yuxarı

İrəvan delimitasiyadan yayınmaq yolunu “tapdı”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan delimitasiyadan yayınmaq yolunu “tapdı”

Ermənistan tərəfi delimitasiya və demarkasiya məsələsi ilə bağlı faktiki olaraq cığallıq etməklə məşğuldur. Bununla rəsmi İrəvanın məqsədi prosesi müxtəlif istiqamətlərdə inkişaf etdirməkdir.

Bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin delimitasiya və demarkasiya prosesi ilə bağlı açıqlamasını Axar.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, Ermənistan XİN sözçüsünün açıqlamasında iki əsas məqsəd var:

“Birincisi, Ermənistan sərhəddə mövcud olan gərginliyin delimitasiya və demarkasiya prosesinə əngəl olduğunu, bu mərhələnin başlaması üçün sərhəddən Azərbaycan əsgərlərinin çəkilməsinin vacibliyini göstərmək istəyir. İkincisi isə odur ki, Minsk Qrupuna üzv olan bəzi ölkələrin müxtəlif bəyanatlarından ruhlanan Ermənistan ancaq Qarabağın “statusu” məsələsinin həlli olmadan delimitasiya və demarkasiya məsələsinin həllini tapmayacağını qeyd edir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana xəbərdarlığı da o deməkdir ki, qarşı tərəf tutduğu qeyri-konstruktiv mövqedən geri çəkilməli və illuziyalardan uzaq olmalıdır. Əlbəttə ki, sözügedən proses uzun vaxt tələb edir. Azərbaycanın Gürcüstanla sərhədində də bu mənada işlər tam başa çatmayıb. MDB məkanında bir çox dövlətlər arasında münaqişə olmasa da, delimitasiya və demarkasiya prosesində ziddiyyətli məqamlar var. Burda ən vacib məqam prosesin başlanmasıdır. Çünki yalnız bu yolla problemlər tədricən həlli edilə və sərhəddəki hərbi toqquşmaların qarşısı alına bilər”.

Onun sözlərinə görə, Ermənistan müəyyən açıqlamalardan və baş verən hadisələrdən ruhlanaraq prosesdən boyun qaçırmağa, vaxt qazanmağa çalışır, lakin bundan yalnız özü zərərli çıxacaq.

Tarix
2022.01.21 / 14:24
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla