Yuxarı

Finaldan sonra dava: FİFA araşdırma başladır - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Finaldan sonra dava: FİFA araşdırma başladır - Video

FİFA Argentina millisinin futbolçularının dünya çempionatının final oyunundan sonra davranışları ilə bağlı araşdırmaya başlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, finalda İspaniya yığması Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.

Oyundan sonra Cənubi Amerika təmsilçisinin futbolçusu Leandro Paredes əvvəlcə rəqib müdafiəçi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib.

Bu davranışından sonra onu komanda yoldaşları sakitləşdiriblər. Bundan başqa, Argentina millisinin müdafiəçisi Nauen Molina ispan futbolçu Rodrinin qələbəni qeyd etdiyi vaxt ona qarşı kobud hərəkət etməyə cəhd göstərib. Yığmanın məşqçilər korpusunun üzvü Roberto Ayala isə Dani Olmoya yumruq atmağa cəhd edib.

Həmçinin mükafatlandırma mərasimində Argentina millisinin futbolçuları İspaniya yığmasına tərəf çevrilməyiblər. Onlar tribunaya yaxınlaşaraq azarkeşlərinə dəstəyə görə təşəkkür ediblər. İspaniya millisinin futbolçuları isə gümüş medalları almaq üçün podiuma çıxan rəqiblərini alqış dəhlizi ilə qarşılayıblar.

Tarix
2026.07.20 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla