Yuxarı

Qule: Yalnız bir həqiqət var: Qarabağ Azərbaycandır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Cavanşir Feyziyev Feysbuk səhifəsində Fransa parlamentinin deputatı Natali Qulenin Xocalı soyqırımı ilə əlaqədar çıxışını yayımlayıb.

Axar.az xəbər verir ki, Fransa Senatında Normandiyanı təmsil edən senator Natali Qule Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı video-müraciətində belə deyib:

“Bu günkü ismarıcımı Azərbaycan xalqına və 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı qətliamının qurbanlarının ailələrinə ünvanlamaq istəyirəm. Məqsədim Xocalıya Ədalət tələb etməkdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması nəticəsində yaranmış bu günkü siyasi reallıq şəraitində keçən il olduğu kimi, bu il də Xocalı qurbanlarını bir daha yad etmək olduqca vacibdir. Mən öz doğma torpaqlarına qayıdan ailələrə ən xoş arzularımı bildirərək onlara əmin-amanlığa və xüsusilə ədalətə qovuşmağı arzulayıram. Hesab edirəm ki, ədaləti bərpa etmək üçün müvafiq bir prosesə ehtiyac var ki, bu da Beynəlxalq Cinayət Tribunalı ola bilər. Bütün hallarda, mənim üçün yalnız bir həqiqət var: Qarabağ-Azərbaycandır.

Bilirəm ki, siz Fransanın bu məsələlərdə Ermənistanın tərəfində durması haqqında çox eşidirsiniz, amma buna baxmayaraq mənim mövqeyim birmənalıdır. Mən Azərbaycanın dostuyam, həmişə dostu olaraq qalacam və Xocalıya Ədalət tələb edirəm!”

Tarix
2022.02.20 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla