Yuxarı

İqdırdan, Qarsdan Naxçıvana insan seli… - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanla Türkiyə arasında 1992-ci ilin may ayında Araz çayı üzərində böyük körpü açılanda Naxçıvanın uzun illərin blokadasından çıxlığını, ikili münasibətlərdə yeni bir dönəmin başladığını görməməmək mümkün deyildi. Bu nəhəng tikintini Türkiyə-Azərbaycan qardaşlığının, iki nəhəng liderin - Heydər Əliyev və Süleyman Dəmirəl qardaşlığının simvolu kimi də qəbul etmək olar.

Azərbaycandan böyük nümayəndə heyəti də getmişdi. Onların arasında biz də vardıq. Hər tərəf sevinc-şadlıq içərisində idi. İğdırdan, Qarsdan Naxçıvana doğru axışan insan selini görmək bir ayrı təəssürat yaradırdı. İllərin həsrəti insanları hədsiz kövrək və duyğulu etmişdi. Sanki insanlar gördüklərinə inana bilmirdilər. Amma bu bir fakt idi.

Açılış mərasimi cox təntənəli keçdi. Ulu öndərimiz Heydər Əliyev, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbər XXİ əsrin türk əsri olacağından inamla danışdılar.

Axşam açılışın şərəfinə böyük ziyafət verildi. Ertəsi gün isə dünyanın bir çox ölkələrindən, xüsusilə Türkiyədən xeyli jurnalistitn iştirakı ilə mətbuat konfransı keçirildi. Konfrans Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının dağıdılmasında böyük rol oynadı.

Heydər Əliyevin Azərbaycanın tarixində və inkişafında, bugünkü səviyyəyə çatmasında rolundan danışmaq, əlbəttə, bir yazı ilə tamamlanacaq işlər deyil. Həmçinin, bunlar yaxın tarixdə baş verdiyi üçün hər kəsin özünün müşahidə, təhlil aparmaq imkanları mövcuddur. Qısacası, zaman keçdikcə - indi hər kəs daha yaxşı başa düşür ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkəni böyük bəlalardan xilas etdi. Zaman-zaman Heydər Əliyevə, YAP hakimiyyətinə müxalifətdə olmuş, müəyyən dönəmdə sərt tənqidlər etmiş şəxslər də sonralar etiraf etdilər ki, ona qarşı ədalətsizliklər ediblər. Əksinə, həmin dönəmdə Azərbaycan naminə Heydər Əliyevə dəstək verməli idilər...

Heydər Əliyev həlledici, böhranlı vəziyyətdə Azərbaycana liderlik etməklə həm dünya ilə münasibətlərini tənzimlədi, həm də ayrıca türk dünyası ilə mühüm əlaqələr quruldu.

“Bir millət, iki dövlət” konsepsiyası da məhz Heydər Əliyevə məxsusdur, bu fikri ilk dəfə o səsləndirib.

Aydındır ki, Heydər Əliyev Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün bütün mümkün addımları atdı. Təbii, o, bunun nə qədər vacib və gələcəyə yönəlik strategiya olduğunu bütün detalları ilə bilirdi. Ancaq etiraf edək ki, həmin dövrdə Türkiyədə buna adekvat davranacaq lider hakimiyyətdə yox idi. Pafossuz-filansız, əgər 1993-də, o illərdə Türkiyə rəhbərliyində Ərdoğan kimi lider olsaydı, daha böyük nailiyyətlər əldə olunardı. Bəlkə heç Qarabağ o zaman işğal edilə də bilməzdi...

Ərdoğanın türk dünyası, xüsusi olaraq Azərbaycanla qurduğu münasibətlərin bugünkü səviyyəsi haqda danışmağa ehtiyac yoxdur. Əlbəttə, bu münasibətlərdə Azərbaycan tərəfdə Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev dayanır. Prezident İlham Əliyev Türkiyə ilə münasibətlərə dair Heydər Əliyevin arzularını da gerçəkləşdirmiş oldu. Bu proses 1990-cı illərdə Türkiyənin Ərdoğan kimi bir lideri olmadığı üçün baş tutmasa da, günümüzdə İlham Əliyev və Ərdoğan nümunəsində reallaşıb. Fakt ondan ibarətdir ki, Türkiyə-Azərbaycan bütün dünyanın heyranlıqla izlədiyi bir qardaşlıq münasibətlərindədir, xarici siyasət tamamilə uzlaşmış şəkildə həyata keçirilir. Biz artıq “bir dövlət, bir millət” olaraq davranırıq. Bu, bütövlükdə türk dünyası üçün böyük perspektivlər vəd edi.

Tarix
2022.05.09 / 21:44
Müəllif
Qabil Hüseynli
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla