Yuxarı

Szinpin imtina etdi, Putin pərt vəziyyətə düşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mediasının iki gündür ən çox müzakirəyə çıxardığı sual budur: “Çin lideri Si Szinpin niyə Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul etməyərək Moskvaya gəlmədi, bunun səbəbi nədir?”

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi təhlil paylaşıb.

“Bu sual Rusiyanın siyasi və ekspert dairələrini ona görə məşğul edib ki, dəvətin qəbul edilməməsi Rusiya Prezidenti Vladimir Putin üçün gözlənilməz olub. Ukraynaya qarşı işğalçı müharibə aparan və Qərbin sərt sanksiyaları ilə üzləşən Putinin dostu Szinpinin Kremlə gəlişinə ehtiyacı var idi. Digər tərəfdən Vladimir Putin bu ilin fevralın 3-də Pekin Qış Olimpiadasının açılışında iştirak etmişdi. Ona görə də Putin düşünürdü ki, Rusiya üçün hazırki ağır vəziyyətdə çinli dostu onun dəvətini qəbul edəcək. Ancaq Putinin çinli dostu fərqli qərar verdi”, - analizdə qeyd edilib.

Təhlildə xatırladılıb ki, Çin liderinin Kreml səfərini təxirə salmasını iki səbəblə izah edirlər:

“Birinci səbəb rəsmidir. Çin pandemiyadan qurtulmayıb və Szinpin iki il ərzində ölkəsindən kənara çıxmayıb. Yəni Szinpin özünü pandemiyadan ciddi qoruyur. Ancaq Vladimir Putin də Szinpin kimi özünü iki ildir koronavirusdan ciddi qoruyur, hətta müxtəlif liderlərlə görüşdən əvvəl onların testdən keçirilməsini tələb edir…

Rusiya mediası Kreml sahibinin pərt vəziyyətə düşməməsi üçün belə bir xəbər yayıb ki, guya Szinpin Honkonqa səfəri zamanı regional dövlət xadimlərindən birində koronavirus aşkarlanıb və Çin lideri özünütəcrid rejiminə keçib.

Çin liderinin Moskva səfərinin təxirə salmasının ikinci versiyası da var. Pekin Moskvanın strateji tərəfdaşı sayılsa da, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində tərəf tutmaq istəmir. Əlbəttə, Çin Qərb ölkələri kimi Rusiyanın işğalçı müharibəsini tənqid etmir. Ancaq Pekin eyni zamanda Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını gizlətmir. Bu səbəbdən Szinpin Moskvaya səfərlə Rusiyanın siyasətini təsdiqləmiş kimi görünmək istəməyib. Çinin əsas iqtisadi maraqları ABŞ və Avropa ölkələri ilə bağlıdır. Pekinin Vaşinqtonla münasibətlərdə gərginliyi mövcud olsa da, Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumaq istəyir.

Səfərin təxirə salınması Rusiyanın siyasi və ekspert dairələrində bu sualı da gündəmə gətirib: “Çin nə dərəcədə etibarlı tərəfdaşdır?”

Tarix
2022.07.07 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla