Yuxarı

Rusiya ilə türk dünyasını savaşdırmaq istəyənlər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə türk dünyasını savaşdırmaq istəyənlər...

Hesab edirəm ki, Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşündə Cənubi Qafqaz problemləri müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri “Milli müdafiə oborona” jurnalının baş redaktoru, ekspert İqor Korotçenko Azərtac-a müsahibəsində deyib.

Ekspert "Görüşdə Qarabağda vəziyyət müzakirə ediləcəkmi?" sualının cavabında deyib:

“Şübhəsiz. Bu, Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülmüş “3+3” platforması konsepsiyasının praktiki olaraq həyata keçirilməsi deməkdir. Rusiya bu təklifi dəstəkləyib. Türkiyə Azərbaycanın tərəfdaşı və müttəfiqi olaraq, həmin görüşdə istənilən məsələləri qaldırmağa haqlıdır. Rusiya da Azərbaycanın tərəfdaşı və müttəfiqidir. Hesab edirəm ki, bu vəziyyətdə də biz ortaq dil və ortaq yanaşmalar tapacağıq. Rusiya regionda vəziyyətin dinc yolla, sabit inkişafında maraqlıdır. Prezident Vladimir Putin “Şimal-Cənub” multimodal nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. Azərbaycandan keçən bu dəhliz həm ixrac, həm də idxal əməliyyatları üzrə normal yük axınını təmin etməyə imkan verəcək. Mənim fikrimcə, ümumi yanaşmaların formalaşması Rusiya ilə Türkiyə arasında hələ qalan fikir ayrılıqlarından üstün olacaq.

Yeni dünya nizamında - qloballaşmanın aradan qalxdığı, yeni geosiyasi ittifaqların gündəliyə gəldiyi şəraitdə tamdəyərli Rusiya—Türkiyə strateji ittifaqının formalaşması zamanın tələblərinə cavabdır.

Rusiya ilə türk dünyasını savaşdırmaq istəyənlər çoxdur. Biz belə təşəbbüslərdə marağı olanları yaxşı tanıyırıq – ABŞ-dakı qüdrətli erməni lobbisi satqın konqresmenlərin əli ilə antiazərbaycan və antitürk təşəbbüslər formalaşdırır. Belə qeyri-obyektiv yanaşmadan Rusiya da zərər çəkir. Buna görə də biz ortaq hədəflərimizi, məqsədlərimizi yaxınlaşdırmalı və Soçi görüşündə haqqında söhbət gedəcək təşəbbüsləri reallaşdırmalıyıq".

Ekspertin sözlərinə görə, Türkiyə Cənub Qaz Dəhlzi ilə karbohidrogenlərin dünya bazarlarına çıxarılmasında əsas aktordur:

“TANAP boru kəməri Türkiyə ərazisindən keçir. Ona görə Ankara güclü enerji habına çevrilməkdə maraqlıdır. Bundan əlavə, bizi iki qaz kəməri xətti (“Türk axını”- red.) bağlayır, biz Akkuyuda atom elektrik stansiyası tikirik. Praqmatik tərəfdaşlıq çərçivəsində biz geosiyasi alyans yaratmaqla öz münasibətlərimizi yeni strateji səviyyəyə çatdıra bilərik, bu alyans çərçivəsində dəyişməkdə olan yeni dünyada öz yerimizi qoruyacağıq”.

Tarix
2022.08.05 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla