Yuxarı

Prezident Ramtan Lamamranı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Ramtan Lamamranı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.

Axar.az xəbər verir ki, Ramtan Lamamra Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelməcid Tebbunun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Nazir bildirdi ki, Əlcəzair Prezidenti Azərbaycanda gedən inkişaf proseslərini və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına çox uğurlu rəhbərliyini böyük maraqla izləyir.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdelməcid Tebbuna çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Əlcəzairin Qoşulma Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev OPEC+ formatında da Azərbaycanla Əlcəzairin uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Gələcəkdə əməkdaşlığın daha səmərəli və fəal şəkildə aparılması üçün bir çox sahələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi, ticarət, biznes və enerji sahələrində əlaqələri genişləndirməyin zəruriliyini bildirdi.

Prezident İlham Əliyev Ramtan Lamamranın ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qonaq bildirdi ki, gözəl, qardaş ölkə olan Azərbaycana səfərdən məmnundurlar və o, göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Öz növbəsində əlaqələrimizin genişlənəcəyinə əminliyini ifadə edən Ramtan Lamamra ölkələrimizin bir-birinə göstərdiyi dəstəyi vurğuladı, Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı etimadın mövcudluğunu məmnunluqla qeyd etdi və bunun bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün çox səmərəli nəticələr verə biləcəyini bildirdi.

Tarix
2022.08.10 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla