Yuxarı

Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video

Göyçay şəhərinin Nizami küçəsində ağacların gövdəsinin deşilərək, sirkə turşusu tökülməklə qurudulmasına cəhd edilməsi barədə yayılan video ictimai reaksiyalara səbəb olub. Görüntünü yayan şəxsin sözlərinə görə, obyekt tikilməsi üçün ağacların qurudulmasına və nəticədə kəsilməsinə cəhd edilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, əməli törədən şəxs müəyyən edilib və saxlanılıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə) protokol tərtib olunub.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə ağaclara yerində baxış keçirib. Müayinənin nəticələrinə əsasən, ağaclara edilən müdaxilə onların məhv olmasına gətirib çıxarmayacaq. Eyni zamanda, ağacların əvvəlki vəziyyətinə qaytarılması məqsədilə müvafiq qulluq tədbirləri görülüb və nəzarətdə saxlanılır.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2026.07.30 / 13:45
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla