Yuxarı

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

Rusiyada hakimiyyətdə olanlar çox vaxt düşünürlər ki, hansısa ölkədən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulanda, həmin boşluğu dərhal başqa ölkələr dolduracaq. Bu, yanlış yanaşmadır. Heç bir ölkə əvvəlcədən belə hallara hazırlaşmır.

Bu sözləri Axar.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Rusiyanın Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəz etmək planları barədə danışarkən deyib.

Onun sözlərinə görə, əgər Azərbaycan istehsalçıları əvvəlcədən bilsəydilər ki, məsələn, Rusiya Ermənistanın ərik, şaftalı və digər meyvələrinin idxalına embarqo tətbiq edəcək, o zaman Rusiyada həmin məhsulların qiymətinin artacağını nəzərə alaraq istehsalı və ixracı artırmağa çalışardılar:

“Amma bu baş vermədi. Əvvəla, bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım olmadı. Bu gün bazarlarda da qiymətlərin yüksək olduğunu görürük. İkincisi isə Rusiyada məhsullar kəskin ucuzlaşdı. Hətta elə hallar oldu ki, fermerlər ixrac etdikləri pomidoru yalnız daşınma xərcini ödəyəcək qiymətə sata bildilər. Yəni satışdan, demək olar ki, heç bir qazanc əldə etmirlər.

Bunun əsas səbəblərindən biri Rusiyada alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsidir. Digər tərəfdən, Ukraynanın dron hücumları nəticəsində Rusiyanın iri topdansatış bazarlarının – “Wildberries” anbarlarının fəaliyyəti sabit deyil və vaxtaşırı dayanır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas satış məntəqələri məhz həmin bazarlar olduğundan bu da ixraca mənfi təsir göstərir”.

Ekspert bildirib ki, Rusiyanın cənub bölgələrində artıq şaftalı, ərik, gilas və digər meyvələrin istehsalı genişlənir:

“Bunun səbəbi qlobal istiləşmədir. Əvvəllər iqlim buna imkan vermirdi, amma indi həmin ərazilər bu məhsulların yetişdirilməsi üçün daha əlverişli hala gəlib. Nəticədə Rusiya bu məhsullar üzrə idxaldan asılılığını tədricən azaldır”.

Tarix
2026.07.30 / 07:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla