Yuxarı

Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9:00-da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də həm, iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.

Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.

Tarix
2022.09.29 / 09:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla