Yuxarı

Qaribaşvili Lukaşenkonun Abxaziya səfərini pislədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaribaşvili Lukaşenkonun Abxaziya səfərini pislədi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə səfərini pisləyib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Tvitter səhifəsində yazıb.

O bildirib ki, bu addım beynəlxalq hüquqa ziddir:

“Mən Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə "səfər" etməsini və onun oradakı görüşlərini qətiyyətlə pisləyirəm. Bu addım Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunu pozur və beynəlxalq hüquqa, eləcə də ölkələrimiz arasında ikitərəfli münasibətlərə ziddir”, - deyə Qaribaşvili qeyd edib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz səfər edib. Lukaşenko Abxaziyanın qondarma rəhbəri Aslan Bjaniya ilə Picvintalı bağ evində görüşüb.

Tarix
2022.09.29 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla