Yuxarı

Mən gecə rahat yatıram və oyaq qalmıram - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

"Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Çünki Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu, hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır.

Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur", - dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Prezident işğal illərində qəzəb hissinə görə çox yuxusuz gecələri olduğunu bildirmişdi.

Tarix
2022.11.26 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla