Yuxarı

Nikoldan Putinə qarşı şok gediş: İndi də ABŞ-ı “gətirir”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikoldan Putinə qarşı şok gediş: İndi də ABŞ-ı “gətirir”

Ermənistanın Azərbaycanla sərhədə “mülki müşahidə missiyası” adı ilə avropalı zabitləri gətirməsinə Rusiyanın sərt reaksiyasına baxmayaraq, İrəvan daha bir oyuna başlayıb.

Axar.az xəbər verir ki, Amerika Erməniləri Assableyası ABŞ Prezidenti Co Baydenə çağırış edərək, regiona “amerikalı müşahidəçilərin göndərməsini” xahiş ediblər.

Amerika Erməniləri Assambleyası bunu “Azərbaycan və Türkiyənin aqressiyası və növbəti erməni genosidinin qarşısının alınması üçün” etdiklərini bildiriblər.

Əlbəttə, bu “əsaslandırma” yalan və riyakarlıqdan başqa bir şey deyil. Məsələnin mahiyyətində isə Nikol Paşinyanın siyasəti dayanır.

Təsadüfi deyil ki, Nikol Paşinyan ötən gün də KTMT-nin yardım təklifləri və bunun “qəbuledilməzliyi” haqda danışmışdı. Paşinyanın məntiqinə görə, KTMT-nin yardımını qəbul etmək Azərbaycan Ordusunun hazırda dayandığı mövqeləri qəbul etmək deməkdir. Halbuki Azərbaycan dəfələrlə sərhədlərin delimitasiya və demarkasiyasını təklif edib, iki ölkə arasında dəqiq sərhədin müəyyənləşdirilməsindən sonra mövqelər məsələsinə baxıla biləcəyini qeyd edib. Yəni sərhəd delimitasiya və demarkasiyası olmadan, Ermənistanın hansısa yüksəkliyin “ələ keçirildiyini” iddia etməsi gülüncdür.

N.Paşinyan isə bir tərəfdən delimitasiya və demarkasiyanın aparılmasını ləngidir, digər tərəfdən bütün dünyada yalançı təbliğat aparıb, Qarabağdakı ermənilərin “hüquqlarını” və Azərbaycan Ordusunun guya “130 km.km ərazini zəbt etdiyini” iddia edir, paralel olaraq isə Hindistan və İrandan külli miqdarda silah alaraq, həm separatçı-terrorçuları, həm də ordusunu gücləndirməyə çalışır.

Ermənistan hər zaman regional güc dəyişikliyində torpaq işğal etmə siyasəti aparıb, bir çox hallarda isə Rusiyanı şantaj edərək, işğal siyasətinə dəstək alıb. Hazırda belə bir oyun Qərblə aparılır: Azərbaycanla sülh sazişi və sərhədin delimitasiya və demarkasiyası qəsdən ləngidilir, əvəzində isə Qərbin regiona gəlişi üçün bütün vasitələrdən istifadə edilir. Məqsəd Qərbin Rusiyaya qarşı siyasətinə yardım etmək, Ukraynada zəifləyən Rusiyaya ikinci cəbhə açmaq, növbəti regional toqquşma yaratmaq və öz işğal siyasətinə kollektiv Qərbin dəstəyini almaqdır. Başqa sözlə, Çar Rusiyası dağılanda Azərbaycan ərazilərində özünə dövlət quran, SSRİ dağılanda isə Azərbaycan ərazilərini işğal edən Ermənistan indi də Rusiyanın dağılmasına hazırlaşır.

Sabah Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında Bişkekdə, Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində görüş olacağını nəzərə alsaq, bunu Kreml rəhbərinə qarşı şantaj da adlandırmaq olar.

Tarix
2022.12.08 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev işi: Elton Məmmədov iddialara cavab verdi

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir?

Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...

Zəngilan Böyük Qayıdışın rəmzidir

Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla