Yuxarı

Rusiya İrəvana sözünü dedi: bəs, İran niyə dillənmir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə İƏT Nazirlər Şurasının 26-cı iclası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb. Eyni gündə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu görüşdə də konkret hansı mövzuların müzakirə edildiyi elan edilməyib. Anlaşılandır. Münasibətlərdəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq İranın münasibətləri normallaşdırmaq üçün yerinə yetirməli olduğu şərtləri sadalayıb:

“İran əgər Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azaltmaq istəyirsə, bir sıra önəmli şərtlərimizə əməl etməlidir. Birincisi, Azərbaycanın daxili işlərinə - hansı dövlətlə dost və tərəfdaş olmaq seçimimizə qarışmamalıdır; ikincisi, Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır; üçüncüsü, İranın din xadimləri, generalları, deputatları ölkəmiz əleyhinə çıxış və açıqlamalarına son qoymalıdır.

Tehranın sadaladığımız minimum şərtləri yerinə yetirəcəyinə inam azdır. Digər tərəfdən İranın xarici işlər naziri və ya ölkəmizdəki səfiri vəziyyətin düzəlməsini istəsələr belə, bu, artıq onlardan asılı məsələ deyil. Yenə Tehran və Qumdakı mühafizəkar dairələrin, o cümlədən SEPAH generallarından birinin antiazərbaycan açıqlama verməsi halında diplomatların münasibətlərin normallaşdırılması üçün göstərdikləri fəaliyyətin üstündən xətt çəkiləcək. Belə nümunələr dəfələrlə olub”.

Elxan Şahinoğlu Ermənistanın AB missiyasını bölgəyə dəvət edərkən öz müttəfiqləri İran və Rusiyanın təhlükəsizlik maraqlarını düşünmədiyini vurğulayıb:

“İran rəsmilərinin və diplomatlarının əzbərlədikləri bir açıqlama var: “bölgəyə aid olmayan ölkələrin işlərimizə qarışmasına imkan verilməməlidir”. Tehran Ermənistanı dəstəkləyir və iranlı rəsmilər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” fikrini səsləndirirlər. Ancaq hazırda məhz rəsmi İrəvan Tehranın bu tezisinə tərs siyasət yürüdür. AB-nin monitorinq missiyasını bölgəyə dəvət edən Ermənistandır. Azərbaycan isə əksinə, bunun əleyhinədir. Digər diqqət çəkən məqam isə həmin missiyanın tərkibində Fransanın geniş şəkildə təmsil olunmasıdır. Hazırda Tehran-Paris münasibətləri gərgindir. Belə çıxır ki, Tehranın regional maraqları üçün ən böyük təhlükə rəsmi İrəvanın siyasətiylə bağlıdır. Misal üçün Kreml Ermənistan hakimiyyətinin AB missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib və atılan addımın mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Tehranın isə sözügedən məsələ ilə bağlı hələ ki, bir açıqlaması yoxdur. Çünki İran ölkə sərhədinə yaxın ərazidə yerləşəcək AB missiyasını tənqid edəcəksə, avtomatik şəkildə həmin missiyanı bölgəyə dəvət edən Ermənistanı da tənqid etməlidir. Lakin İran Ermənistanı tənqid etməyə hazır deyil. Görünür, Tehran eyni zamanda həm Bakı, həm də İrəvanla münasibətləri gərginləşdirmək istəmir.

İranın Azərbaycanla münasibətləri uzun illərdir enişli-yoxuşludur, lakin Ermənistanla münasibətlərdə heç vaxt problem yaşamayıb. Ona görə də İran Ermənistanla bağlı siyasətini dəyişməyə hazır deyil. Halbuki, AB missiyasını ən azı iki il müddətinə bölgəyə dəvət edən İrəvan nə Moskvanın, nə də ki, Tehranın maraqlarını nəzərə alıb”.

Tarix
2023.01.25 / 17:04
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla