Yuxarı

Qurtulmuş: AKP və YAP əlaqələri daim inkişaf edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, deputat Numan Qurtulmuş qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Numan Qurtulmuş Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, qarşılıqlı səfərlərin partiyalar arasında çoxşaxəli münasibətlərin inkişafına mühüm töhfə olduğunu söyləyib. Hər iki partiyanın gəncləri arasında əlaqələrin dinamik xarakter daşıdığını diqqətə çatdıran Numan Qurtulmuş əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səfərin hər iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tarix
2023.01.31 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla