Yuxarı

İlham Əliyev 3 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ətraflı:

***

Prezident İlham Əliyev Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci və 7.4-cü maddələrinin ikinci cümlələrində, 13.5-ci, 13.6-cı, 13.7-ci (hər iki halda) maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 34.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.7-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 6-2.1-ci, 7.4-cü və 34.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 13.5-ci, 13.6-cı, 13.7-ci (birinci halda) maddələrində, 34.1-ci maddəsinin birinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Qanunun 34.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857; 2020, № 6, maddə 707; 2021, № 5, maddə 450; 2022, № 7, maddə 754, № 8, maddələr 844, 881; 2023, № 4, maddə 475) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissədə “sahibkarlıq fəaliyyəti subyekti” sözləri “sahibkar” sözü ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” üzrə:

3.2.1. 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilsin;

3.2.2. 1.5-2-ci bənddə və 2.4.2-ci yarımbənddə “sahibkarlıq subyektlərinin” sözləri “sahibkarların” sözü ilə əvəz edilsin;

3.2.3. 1.6-1-ci bəndin ikinci cümləsində “sahibkarlıq fəaliyyətinin subyekti” sözləri “sahibkar” sözü ilə əvəz edilsin;

3.2.4. 3.1-ci, 3.6-cı bəndlərdə, 5.1-ci bəndin birinci cümləsində və 5.3-cü bənddə ismin müvafiq hallarında “sahibkarlıq fəaliyyəti subyektləri” sözləri ismin müvafiq hallarında “sahibkarlar” sözü ilə əvəz edilsin;

3.2.5. 3.4.3-cü, 3.4.5-ci, 3.4.6-cı yarımbəndlərdə və 3.5-ci bənddə ismin müvafiq hallarında “sahibkarlıq subyekti” sözləri ismin müvafiq hallarında “sahibkar” sözü ilə əvəz edilsin;

3.2.6. 3.4.4-cü yarımbənddə, 4.5-ci bənddə, 4.6-cı bəndin ikinci cümləsində və 5.1.3-cü yarımbənddə ismin müvafiq hallarında “sahibkarlıq fəaliyyəti subyekti” sözləri ismin müvafiq hallarında “sahibkar” sözü ilə əvəz edilsin;

3.2.7. 3.4.8-ci və 5.1.6-cı yarımbəndlərdə “təsərrüfat obyektinin” sözləri “yoxlama obyektinin adı, təsviri,” sözləri ilə əvəz edilsin;

3.2.8. 4.9-cu bənddə “hər 3 aydan bir” sözləri “Qanunun 13.7-ci maddəsinə uyğun olaraq ildə iki dəfə (fevralın və avqustun 15-dək)” sözləri ilə, “sahibkarlıq subyektləri” sözləri isə “sahibkarlar” sözü ilə əvəz edilsin;

3.2.9. 4.10-cu bənddə “sahibkarlıq fəaliyyəti subyektləri” sözləri “sahibkarlar” sözü ilə, “sahibkarlıq fəaliyyəti subyektinin” sözləri isə “sahibkarın” sözü ilə əvəz edilsin;

3.2.10. 5.6-cı bənddə “Sahibkarlıq fəaliyyəti subyektləri” sözləri “Sahibkarlar” sözü ilə əvəz edilsin.

4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 898; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 461, № 8, maddə 1384; 2018, № 11, maddələr 2248, 2250) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci bənddə “, 13.2-ci, 27.1-ci və 27.4.1-ci maddələrində” sözləri “maddəsində, 6-2.1-ci və 7.4-cü maddələrinin ikinci cümlələrində, 13.2-ci, 13.5-ci, 13.6-cı, 13.7-ci (hər iki halda), 27.1-ci, 27.4.1-ci maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 34.6-cı maddəsində” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 4.1-1-ci, 4.2-1-ci və 4.3-1-ci bəndlər əlavə edilsin:

“4.1-1. həmin Qanunun 13.7-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“4.2-1. həmin Qanunun 6-2.1-ci, 7.4-cü və 34.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“4.3-1. həmin Qanunun 13.5-ci, 13.6-cı, 13.7-ci (birinci halda) maddələrində, 34.1-ci maddəsinin birinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

4.3. 4.3-cü bənddən “, 34.1-ci” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420, № 9, maddə 857; 2013, № 10, maddə 1154, № 11, maddə 1331; 2019, № 7, maddə 1232, № 12, maddə 1929; 2020, № 8, maddə 1036; 2021, № 8, maddə 920) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1-ci, 8.4-cü, 8.6-cı, 9.2-ci, 9.4-cü, 9.7-ci və 9.18-ci yarımbəndlərdə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

2. 8.8-1-ci yarımbənddə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə, “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “açıqlanmasını” sözü “təşviqini” sözü ilə əvəz edilsin.

3. 8.20-ci yarımbənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

Tarix
2023.07.07 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Ümid edirik, gözləntilərə uyğun qərar qəbul olunacaq - Nazir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla