Yuxarı

Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər

Yeddi yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə "Real Madrid"in uşaqlardan ibarət futbol akademiyasına qəbul oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Telman Əhmədzadənin müəllimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

O, tələbəsinin "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasında çıxış etmək şansını dəyərləndirib:

"Telman və ailəsi Fransada yaşayıblar. Atası ilə yaxın dost olmuşuq. Onlar bu il yayda Azərbaycana gəldilər və atası məndən oğlunu "Real Madrid" klubunun seçmə mərhələsinə hazırlaşdırmağımı istədi. İki ay ərzində məşqlər keçdik və indi bəhrəsini görürük. Həmin bu müddət ərzində "Qarabağ" və digər klublarımızın da seçmə mərhələsində iştirak edib seçilsə də, "Real Madrid"də oynamaq istədiyini dedi".

"Sol ayaqla oynadığı üçün meydana çıxdığı görüşlərdə fərqlənməyi bacardı. Bu da məşqçilərin diqqət mərkəzinə düşməsinə səbəb oldu. "Real Madrid" klubunun uşaqlardan ibarət akademiyasının seçmə mərhələsində də 36 uşaq arasında birinci oldu. Bu akademiyaya qəbul üçün birinci seçmə mərhələdir. İkinci mərhələ isə may ayında keçiriləcək. Orada da yaxşı nəticə əldə edərsə, Azərbaycanın "Real Madrid" klubunda çıxış edən ilk futbolçusu olacaq. Bu, bizim üçün qürurvericidir", - deyə R.Əmircanov əlavə edib.

Tarix
2024.11.15 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla