Yuxarı

Ermənistan Azərbaycanla bazarlıq etmək istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Azərbaycanla bazarlıq etmək istəyir

Əlverişsiz hava şəraitində itkin düşən Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanda tutularaq mühakimə edilməsi tamamilə qanuna zidd şəkildə həyata keçirilib.

Bu sözləri Axar.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Hüseyn Axundova ömürlük həbs cəzası veriləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, əsgərlərə qarşı irəli sürülən ittihamlar və qəbul edilən qərarlar çox qərəzlidir:

“Naxçıvanın Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraitində azıb sərhədi keçən azərbaycanlı hərbçilər bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib. Azərbaycan Ordusunun əsgərlərinin mühakimə edilməsi tamamilə qanunsuzdur. Onlarla beynəlxalq hüququn müəyyən etdiyi normalara uyğun şəkildə davranmayıblar. Hətta əsgərlərimizə işgəncə verərək sosial şəbəkələrdə yayıblar. Bu isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına ziddir. Sözügedən konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. Ermənilər həmişə olduğu kimi, gülünc iddialar irəli sürərək, guya bizim əsgərin hansısa zavodun gözətçisini öldürdüyünü və buna görə mühakimə olunduğunu bəyan edirlər. Təcrübə onu göstərir ki, indiyə kimi Azərbaycandan ələ keçirilmiş bir neçə şəxs barəsində də belə məhkəmə qərarları olub. Lakin onlar sonunda həmin şəxsləri Azərbaycan tərəfinə vermək məcburiyyətində qalıb”.

Səməd Vəkilov bildirib ki, haqsız yerə mühakimə olunan əsgərlərimiz də Azərbaycana qaytarılacaq:

“Ermənilər bizim əsgərlərə belə yüksək cəza verməklə Azərbaycanda olan hərbi cinayətkarların geri alınması ilə bağlı bazarlıq etmək istəyirlər. Lakin bu, real görsənmir. Ermənistan tərəfi hərbçilərimizi vermək məcburiyyətində qalacaqlar. Buna Azərbaycan dövlətinin gücü imkan verir”.

Tarix
2023.08.17 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla