Yuxarı

ABŞ-ın İstanbulda Rusiyadan “Qarabağ xahişi”…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa Birliyinin Rusiya ilə birgə sentyabrın 17-də İstanbulda Qarabağ məsələsini müzakirə etmələri Vaşinqton və Brüsselin Azərbaycana təsir imkanlarının olmadığının göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Politiko” nəşrində yayımlanan məlumatla bağlı qeyd edib.

O bildirib ki, Vaşinqton və Brüssel Azərbaycana təsir edə bilsəydilər, Rusiya ilə dialoqa ehtiyacları olmazdı:

“Görüşün antiterror əməliyyatından iki gün əvvəl keçirilməsi isə ondan xəbər verir ki, Vaşinqton və Brüssel Azərbaycanın qəti addımlar atacağı barədə məlumatlı olub. Əslində bu, heç kimə sirr deyildi, Azərbaycan cəmiyyəti sentyabr ayı ərzində Qarabağda antiterror əməliyyatını gözləyirdi. Vaşinqton və Brüssel Azərbaycanı ancaq Rusiyanın durdura biləcəyini düşündüklərindən Kremlə İstanbulda görüşlə bağlı müraciət ediblər. ABŞ və Avropa Birliyi başqa heç bir məsələ ilə bağlı Kremllə dialoq aparmırlar, erməni separatizmini xilas etmək məsələsində isə Moskva ilə dialoqda qəbahət görməyiblər. Bunlar düşünüblər ki, Rusiya erməni separatizmini xilas etmək naminə Azərbaycanı durduracaq. Kremlin belə bir niyyəti olmayıb. Buna görə də Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel “Rusiya erməniləri satıb” ifadəsini işlədib.

Rusiya yüzilliklər boyu erməni separatizmini bəsləyib. Rusiyanın bu siyasəti olmasaydı, nə Ermənistan, nə də Qarabağda erməni separatizmi olardı, biz məsələni çoxdan bitirərdik. Rusiya sadəcə özü üçün indiki ağır geosiyasi vəziyyətdə və Ermənistanın ona arxa çevrdiyi dövrdə Azərbaycana ərazi bütövlüyünü təmin etməyə mane olmayıb. Bu satqınlıq deyil, reallıqla hesablaşmaqdır”.

Tarix
2023.10.04 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla