Yuxarı

Görüş olmayacaq, Əliyevin vaxtı yoxdur - Mirzoyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görüş olmayacaq, Əliyevin vaxtı yoxdur - Mirzoyan

14:58

Brüsseldəki görüş Azərbaycan prezidentinin vaxt azlığı səbəbindən baş tutmayacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Azərbaycan prezidentinin vaxtı yox idi. Biz indi də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən vaxt azlığıdır və görüşün yeni tarixlərini müəyyən etmək mümkün olacaq. Ermənistan görüşə hazırdır, artıq qeyd etdiyim kimi, biz sülh gündəliyinə sadiqik”, - Mirzoyan bildirib.

O əlavə edib ki, ümumilikdə Qranadakı bəyanatda yeni heç nə yoxdur, iyulda keçirilən üçtərəfli görüşdən sonra səslənən prinsiplər təkrarlanıb və ondan sonra Azərbaycan və Ermənistan tərəfindən heç bir etiraz olmayıb:

“İki gün əvvəl Tehranda qeyri-rəsmi təmaslar apardıq və Ermənistan sülh prosesini, o cümlədən sülh müqaviləsinin əldə olunması istiqamətini sürətlə davam etdirməyə hazırdır. Bizim yanaşmalarımız məlumdur”.

Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan liderlərinin bu ay Brüsseldə görüşməyəcəyini bildirmişdi. Bundan əvvəl isə oktyabrın sonunda Brüsseldə üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün mümkünlüyü bildirilmişdi.

Tarix
2023.10.25 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla