Yuxarı

Fransada Azərbaycana qarşı ab-hava hökm sürür - Brön

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fransada antiazərbaycan və antitürk ab-havası hökm sürür. Bu, daxili siyasi vəziyyət və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Fransanın hazırkı hakimiyyətinin siyasətini rədd edirəm.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu fransalı jurnalist, "Şuşa - Qafqazın mirvarisi" kitabının müəllifi Jan Mişel Brön dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

Onun fikrincə, əsas məsələ odur ki, artıq Ermənistan da Qarabağın Azərbaycanın torpağı olduğunu etiraf edib:

"İndi Azərbaycan bütün dünya ölkələri ilə, o cümlədən Ermənistanla yaxşı əlaqələr qurmağa çalışır. Azərbaycan Fransa ilə də yaxşı əlaqələrdə maraqlıdır. Ümid edirəm, gələcəkdə münasibətlərimiz daha yaxşı olacaq".

O bildirib ki, Parisin hazırkı hakimiyyəti islamafobiya meyillərini açıq-aşkar göstərir:

"Bu, təkcə Azərbaycana yox, bütün islam dünyasına qarşıdır. Bu siyasət dəyişilməlidir və dəyişiləcək. Bu siyasət qəbuledilməzdir. Biz növbəti seçkilərdə bu hökuməti yola salacağıq".

Tarix
2023.12.02 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla