Yuxarı

Ermənistana təzyiq göstərilməlidir! - XİN rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların və xarici ölkələrin əməkdaşlığı ilə nəticələnməlidir:

"Çünki hazırda mina problemi ilə mübarizə Azərbaycanda əsas prioritet sahədir. Azərbaycanda minatəmizləmə üçün tələb olunan məbləğ 25 milyard dollar, son üç ildə göstərilən yardım isə 10 milyon dollardır. Bu rəqəmlər yaşanan problem qarşısında göstərilən yardımın nə qədər kiçik olduğunu görməyə kömək edir. Bu baxımdan hesab edirəm ki, beynəxalq aktorlar Azərbaycana sözügedən problemlə bağlı öz dəstəklərini artırmalıdırlar. Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir. Çünki bu addım özü də Azərbaycana mina problemi ilə mübarizəyə kömək olacaq".

Tarix
2023.12.04 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla