Yuxarı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüflər olsun ki, Qərb Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı möhkəmləndirmək, dəstək vermək əvəzinə belə addımlarla Cənubi Qafqazda qeyri-sabitlik yaradaraq öz maraqlarını təmin etmək niyyətindədir.

Bu sözləri Axar.az-a 5 aprel 2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-AB müştərək konfransı haqqında danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Millət vəkili belə addımların Cənubi Qafqazda müharibə təhlükəsini artırdığını vurğulayıb:

“Azərbaycanın əsas məqsədi sülhdür. Sülh isə sabitlik və regionda olan ölkələrin kənar müdaxilə olmadan bir-biri ilə əlaqələrini qurması ilə əldə edilir. Burada isə biz başqa şey görürük. Burada Ermənistandan bir alət kimi istifadə edilərək regiona müdaxilə etmək cəhdləri özünü büruzə verir, Azərbaycanın apardığı sülh siyasəti əngəllənir və nəticədə bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olmasına problemlər yaradılır. Ona görə də hesab edirik ki, 5 aprel görüşü Ermənistanı regiondan qoparmaq yolu ilə burada qeyri-sabitlik yaratmaq məqsədi daşıyır. Problem bundan ibarətdir. Fikrimcə, ciddi siyasətçilər sözügedən görüşdə aparılacaq müzakirələri, qəbul ediləcək qərarları şərh edərək alt niyyəti üzə çıxaracaqlar. Azərbaycan Xarici İşlər Nazirliyi artıq dövlətimizin rəsmi mövqeyini ortaya qoyub. Regionun başqa ölkələri də bu məsələ ilə əlaqədar öz narahatçılıqlarını bildirirlər. Çünki heç kim Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Yaxın Şərqdəki gərginliklə bərabər, növbəti regionda qeyri-sabitliyin yaranmasını istəmir. Brüssel görüşünün məhz qeyri-sabitliyin ortaya çıxmasına zəmin yaradacağını hesab edirəm. Buna görə də biz həddindən artıq ehtiyatlı davranmalı və əvvəlcədən mövqeyimizi bildirməliyik. Onlar bu cür fəaliyyətlə regionda sabitliyin bərqərar olmasına kömək etmədiklərini, əksinə müharibə təhlükəsini artırdıqlarını bilməlidirlər”.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-AB müştərək konfransı keçiriləcək. Tədbir çərçivəsində Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen görüşəcək. Görüşə ötən ilin sonundan etibarən hazırlıq gedir. Belə ki, keçən il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen görüşüb. Görüşdən sonra yayılan birgə bəyanatda Ursula fon der Leyen Ermənistana dəstək üçün AB-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.

Tarix
2024.03.28 / 13:58
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla