Yuxarı

XİN rəhbəri: Bəzi Qərb ölkələrində islam əleyhinə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, görüşdə Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, beynəlxalq səviyyədə islam dininə qarşı təhdidlər, dini həmrəylik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin islam dünyasında birlik və həmrəyliyin təşviqinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə ikitərəfli, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə qarşılıqlı dəstək və əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Ölkəmiz tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi, o cümlədən islamofobiya kimi təhlükəli tendensiyalarla mübarizə istiqamətində həyata keçirilən layihələrdən bəhs edən nazir Ceyhun Bayramov bəzi Qərb ölkələrində islam əleyhinə aparılan siyasətin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Baş katib Məhəmməd Əbdülsalam Azərbaycanın islam dünyasında əməkdaşlığa verdiyi töhfələrin, eləcə də postmünaqişə dövründə sərgilədiyi mövqe və sülh təşəbbüsü ilə çıxış edən tərəf olmasının təqdirəlayiq hesab olunduğunu diqqətə çatdırıb. Ötənilki təcrübəyə uyğun olaraq, bu il də COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə ilə əlaqədar dini liderlər tərəfindən birgə təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.04.02 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla