Yuxarı

Bayramov omanlı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə olunması, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasitlərə əlavə təkan verəcəyi vurğulanıb.

Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüşdə, həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2024.04.15 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla