Yuxarı

Xankəndiyə köç başlamayıb, Rusiya konsulluq açır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qriqori Karasin (Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri – red.) ola bilsin öz arzusunu, yaxud Rusiya hökumətinin istəyini ifadə edib. Mən də hər zaman düşünürəm ki, biz niyə indiyə qədər soydaşlarımızın yaşadığı Dərbənddə, yaxın qonşumuz Dağıstan Respublikasında Azərbaycanın baş konsulluğunun açılması məsələsini gündəmə gətirməmişik.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Qriqori Karasinin Rusiyanın Xankəndidə bu il konsulluq açmaq niyyəti ilə bağlı sözlərinə münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, bu kimi məsələlər deputatlar səviyyəsində həll olunmur:

“Karasin də bunu bilməmiş deyil. Öncə Xankəndi qaçqın və məcburi köçkünlərlə məskunlaşdırılmalıdır. Türkiyə də Şuşada konsulluq açmaq istəyir. Məskunlaşma başa çatandan sonra Rusiya hökumətinin belə bir arzusu olarsa, bu məsələnin hökumətlər səviyyəsində müzakirə olunması daha məntiqli olardı”.

O bildirib ki, Rusiya-Azərbaycan münasibətləri 2022-ci ildə Moskva Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılıb:

“Rusiya Xankəndidə konsulluq açmaq istəyirsə, bu müzakirə olunacaq. Burda təhlükəli heç nə görmürəm. Həm də bu elə məsələdir ki, belə məsələlərdə Prezidentə güvənmək, onun doğru qərar qəbul edəcəyinə inanmaq lazımdır”.

Tarix
2024.05.29 / 10:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla