Yuxarı

Putinin inanılmaz mesajı: Savaşı bitirmək istəyir, tək şərti...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin artıq bir neçə gündür dünyaya mesaj verir, “Zelenski heç bir səlahiyyətə malik deyil” deyir.

Onun fikrincə, Zelenskinin səlahiyyəti bitib, yeganə legitim hakimiyyət Ali Rada və Rada sədri Ruslan Stefançukdur. Hətta Putin özünə heç bir aidiyyəti olmasa da, hüquq professoru kimi danışaraq, Ukrayna Konstitusiyasından 111-ci maddəni sitat gətirdi, Zelenskinin səlahiyyətlərinin Ali Rada sədrinə verilməli olduğunu vurğuladı.

Rusiya dəfələrlə sülh danışıqlarına hazır olduğunu, Ukrayna Prezidenti Zelenskinin danışıqları qadağan edən rəsmi sənəd imzaladığını xatırdır.

Rusiya TŞ-nin yeni katibi Sergey Şoyqu da Ukrayna Sülh Forumunu qiymətləndirərkən, Zelenskinin səlahiyyət müddətinin bitdiyini xatırladıb və bu forumu Ukrayna liderinə “legitimlik donu geyindirmək” cəhdi adlandırıb.

Rusiya nəyə nail olmaq istəyir?

1. Ukraynada hakimiyyət daxilində çat yaratmaq, Zelenskiyə qarşı “hakimiyyətdaxili qiyamı” təşviq etməkdir. Xüsusilə Rada bu baxımdan ciddi platforma sayıla bilər. Çünkii radada müharibənin bitməsinə cəhd edən “səslər” də kifayət qədərdir. Xüsusilə cəbhədə Rusiyanın son aylardakı uğurlarından sonra Ukrayna ictimaiyyətindəki ruh düşkünlüyündən Rusiya maksimum istifadə etməyə çalışır.

2. Rusiya sözün hər mənasında savaşı bitirməyə çalışır və ilkin şərt formalaşdırır: bütün məsuliyyəti Zelenskinin üstünə ataraq, yeni “səlahiyyət sahibi” ilə danışıqlar aparmaqda maraqlı olduğunu göstərir. Bu, həm də “Rusiyanın şərtləri ilə” danışıqların başladığı təəssüratını yaratmaq, Kremlin öz iddialarını sonadək həyata keçirdiyi təbliğatını perspektivdə davam etdirmək üçün lazımdır.

Bəs, niyə Vladimir Putin yalnız mayın ikinci yarısından bu təbliğata başladı və 28 mayda Putin bunu dilə gətirdi? Niyə Putinin ardınca müxtəlif ranqlı məmurlar, nəhayət, TŞ katibi Şoyqu da eyniməzmunlu açıqlama verdi?

ABŞ-ın yardımı gecikdirməsi, Rusiyaya daha içərilərə girmək fürsəti yaratması və cəbhə xəttini böyütməsi mümkün taktika kimi diqqət çəkir. Əgər bir ay öncə Qərbdə müəyyən tərəddüdlər vardısa, mayın ikinci yarısından daha qətiyyətli açıqlamalar və hərəkətlənmələr müşahidə edilir. Eyni zamanda, hərbi istiqamətdə inanılmayacaq səviyyədə cəsarət sərgilənir:

1. Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirilməsi məhdudiyyətini artıq 11 dövlət rəsmən aradan qaldırıb, ABŞ da Rusiyanın Ukraynaya sərhəd olan müəyyən ərazilərinə tədarük etdiyi silahlarla zərbə endirilməsinə izn verib. Rusiya artıq ərazisinə ABŞ silahları ilə bir neçə gündür zərbə endirildiyini təsdiqləyib.

2. ABŞ-da senatorlar artıq Baydenə məhdudiyyəti qismən deyil, tam aradan qaldırmaqla bağlı tələb irəli sürürlər və mümkündür ki, bu, ABŞ-ın senatorlar vasitəsilə mesajıdır. Başqa sözlə, yaxın müddətdə ABŞ-ın hətta Moskva ətrafına zərbə endirilməsi üçün Amerika silahlarından istifadəyə izn verməsi mümkündür;

3. Ukrayna yeni taktikaya keçib: min km uçuş məsafəsi olan PUA-larla Rusiya ərazisinə hücumların sayı kəskin artıb: kütləvi dron hücumları artıq Rusiya daxilində ciddi fəsadlar törədir;

4. Qərbin Ukraynaya F-16-ları yay aylarında təhvil verəcəyi gözlənilirdi, ukraynalı pilotların təlimi tamamlanmaq üzrədir. Bir müddətdən sonra F-16-lar Ukrayna səmasında olacaq və onların Rusiya ərazisində qanuni hərbi hədəflərə zərbə endirmək üçün raketlərlə təmin ediləcəyi gözlənilir;

5. Ukrayna son 10 gündə Rusiyanın əsasən hava hücumundan müdafiə sistemlərini – S-300, S-400 – hədəf alır və onları sıradan çıxarmaqla məşğuldur. Ukrayna MN-in məlumatına görə, bu istiqamətdə ciddi irəliləyişlər var. Demək, F-16-lar üçün təhlükə yaradacaq sistemlərin məhv edilməsi ssenarisi həyata keçirilir;

6. Qərb öz təlimatçılarını Ukraynaya yerləşdirir, Rusiya isə artıq müxtəlif ölkələrdən olan “muzdlulardan” bəhs edir. Rusiya MN ötən gün Ukraynaya Qərb əsgərlərinin göndərilməsi prosesini bu cür açıqlamışdı: Onlar yalnız ordudan istefa verdikdə və yaxud muzdlu olaraq Ukraynaya gələ bilərlər, belədə onları göndərən dövlət məsuliyyət daşımır. Buna görə də ordu komandirləri Ukraynaya göndərmək istədikləri əsgərlərə ordudan tərxis olunmağı əmr edir və döyüşə göndərir və s.

Rusiya 2024-cü ilin ikinci yarısından Ukraynadakı müharibədə ciddi dəyişiklik olacağını hesablayır, təsadüfi deyil ki, bununla bağlı hərbi-iqtisadi hazırlıqlarını aparır. Eyni zamanda, “ikinci dalğa”nın – Rusiyaya qarşı, simvolik desək, “Normandiya cəbhəsinin” açılması prosesini müşahidə edir.

Buna görə də indiki qalib statusu ilə Ukrayna ilə danışıqlar masasına oturmaq üçün fürsət axtarır. Bu danışıqları Zelenski ilə aparmaq Rusiyanın maraqlarında deyil, ona görə də “legitim hakimiyyət” gündəmə gətirilib.

Bu, Ukraynada sülh üçün açılan pəncərədir. Amma Kiyevin bu nəfəslikdən istifadə edəcəyi ehtimalı çox azdır – halbuki danışıqların başlayacağı təqdirdə Rusiyanın “qalib kimi” ciddi güzəştlərə gedəcəyi ehtimalı yüksəkdir, Rusiya bunu dolayısı ilə dilə gətirir.

Kiyev qəbul etməyəcəyi halda (bu ehtimal çox yüksəkdir) yaxınlarda daha amansız və daha dağıdıcı bir savaş müşahidə edə bilərik.

Tarix
2024.06.06 / 12:51
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla