Yuxarı

Əliyev Tokayevə məktub ünvanladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

Hörmətli Qasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər və uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram.

Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim.

Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır.

Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm.

Tarix
2024.10.25 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

Prezidentdən delimitasiya ilə bağlı fərman

Xaçatryan delimitasiya sənədini təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla