Yuxarı

Azərbaycan bu sahədə liderlik nümayiş etdirir - Trovoada

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.

Axar.az xəbər verir ki, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlətimizin başçısı onun əhəmiyyətinə toxundu.

Xoş sözlərə görə minnətdarlığını bildirən Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını dedi.

O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı, sülhün və sabitliyin təmin olunmasının önəmini qeyd etdi.

Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı.

Qonaq COP29-un uğurlu keçməsini arzulayaraq qeyd etdi ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.

San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri COP-da kiçik ada dövlətlərinin problemlərinə xüsusi qayğı və diqqət göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, Azərbaycanın bu məsələdə də liderlik rolu nümayiş etdirdiyini vurğuladı.

COP29-un səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, kiçik ada dövlətləri ilə əlaqədar ayrıca Zirvə toplantısı keçiriləcək. Azərbaycanın "Commonwealth" təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın Azərkosmos vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək.

Söhbət zamanı ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Qonaq Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu deyərək, həmin təcrübənin ölkəsi üçün də maraqlı olacağını diqqətə çatdırdı. Bu xüsusda, Azərbaycan nümayəndə heyətinin tezliklə həmin ölkəyə səfərinin və birgə layihələrin yerində müzakirə olunmasının önəmi vurğulandı.

Tarix
2024.11.10 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video

COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi - Video

Ərdoğandan Əliyevə: Çox məzmunlu bir çıxış...

Şarl Mişel Bakıda çağırış etdi: Hərəkətə keçək!

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Foto

10 ildir irəliləyiş yox idi, amma dünən Bakıda... - Əliyev

İlham Əliyev Çexiya baş naziri ilə görüşdü

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşdü

Əminə Ərdoğan Mehriban Əliyeva ilə açılışda

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla