Yuxarı

Bakı və Tiflis regional təhlükəsizliyi müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Tiflis regional təhlükəsizliyi müzakirə etdi

Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və dostluq münasibətlərinin müxtəlif aspektləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, həmkarını Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə bir daha təbrik edib, fəaliyyəti dövründə uğurlar arzu edib.

Tərəflər ölkələrimiz arasında beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət və dostluğa əsaslanan strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əməkdaşlığın regional və beynəlxalq platformalar çərçivəsində inkişafına mümkün töhfələri qeyd olunub.

İkitərəfli münasibətlərin iqtisadi, müqavilə-hüquq, humanitar və enerji aspektlərinin inkişafının əhəmiyyəti qeyd olunub, birgə strateji layihələrin vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkəmizin sədrlik etdiyi və bölgəmizdə ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları barədə həmkarını məlumatlandırıb. Milli səviyyədə yaşıl enerjinin inkişaf etdirilməsi sahəsində beynəlxalq səylərini bundan sonra da davam etdirəcəyi və bu istiqamətdə Gürcüstan ilə birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri barədə ətraflı məlumatlandırılıb, bölgədə dayanıqlı sülh quruculuğuna ən böyük təhdid kimi Ermənistanın qonşu dövlətlərə olan ərazi iddialarının mövcudluğu vurğulanıb.

Görüşdə, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2024.12.05 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla