Yuxarı

Sərhəddə bu qüvvələrin yerləşdirilməsi narahatedici məsələdir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhəddə bu qüvvələrin yerləşdirilməsi narahatedici məsələdir

İki ölkənin sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatedici məsələdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədində Avropa Birliyi missiyasının yerləşdirilməsinə lüzum yoxdur:

"Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiya həmin ərazilərə yerləşdirilən zaman Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının həmin dövrdəki prezidenti Şarl Mişel, Ermənistan Baş naziri Nikol Paşinyan iştirak edirdilər. Bu missiyanın qısamüddətli olacağı razılaşdırılmışdı. Amma göründüyü kimi, bu missiya davamlı xarakter alıb, hətta onun tərkibi, mandatının əhatə dairəsi də genişləndirilir".

H.Hacıyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması və onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə hansısa ehtiyac yoxdur:

"AB missiyası regionda sülhün genişləndirilməsinə xidmət edən faktor deyil. Sülhün gücləndirilməsi Ermənistanla Azərbaycan arasındakı prosesdir. Üçüncü ölkənin sərhəddə olması, iki ölkə arasında vəziyyətin gərginləşməsinə. Avropa Birliyinin də Cənubi Qafqazda təhlükəsizlik və hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bəzi Avropa ölkələri isə AB missiyası adından çıxış edərək, Ermənistanda planlarını həyata keçirirlər".

Tarix
2024.12.12 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla