Yuxarı

İlham Əliyev Davosda İraq prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:13

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Axar.az xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.

Dövlət başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Tarix
2025.01.21 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Elman Paşayev məhkəmədə polislə dalaşdı, həbsi uzadıldı

Bakıdan Pakistanda qatardakı terror aktı ilə bağlı bəyanat

ÜST rəhbəri də Bakıya gəlir

Zakir Həsənov mayora yeni vəzifə verdi

Bosniya lideri də Azərbaycana səfər etdi

Daha bir ölkə prezidenti Bakıya gəldi

İlham Əliyev DGK sədrinə müavin təyin etdi

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

İlham Əliyev Məcid Xanı qəbul etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla