Yuxarı

ADU beynəlxalq reytinqdə 100 pillə irəlilədi – Tarixi uğur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU beynəlxalq reytinqdə 100 pillə irəlilədi – Tarixi uğur

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib.

Axar.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub. Müraciət edən 5200 universitetdən 1747 universitet tədqiqata cəlb olunub.

Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

Azərbaycan Dillər Universiteti QS 2025 müasir dillər üzrə reytinqlər cədvəlində növbəti uğura imza atıb.

Belə ki, 2023 və 2024-cü illərdə Azərbaycan Dillər Universiteti Müasir Dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla bu tarixi uğur münasibətilə universitet əməkdaşlarını təbrik edib, bu uğurun universitet kollektivinin yüksək bilik və bacarıqlarının nəticəsi kimi qiymətləndirib.

Qeyd olunub ki, ADU QS reytinqlər cədvəlində 100 pillə irəliləməklə, böyük elmi nailiyyətə imza atıb:

“Bu gün tarixi bir gündür. ADU dünyanın nüfuzlu universitetləri arasında 201-250-ci yeri bölüşür. Bu böyük nailiyyətdir. ADU-nun nüfuzu bu gün dünya sərhədlərini aşır. Müəllimlərimizin, akademik heyətimizin, tələbələrimizin elmi potensialı günü-gündən artır. Bu da özünü beynəlxalq səviyyədə göstərir. QS reytinqlər cədvəlində irəliləməyimiz bizim hər birimizin əməyinin bəhrəsi, əziyyətinin göstəricisidir”.

Rektorun müşaviri Coşqun Dadaşov QS reytinqlər cədvəlinin iş prinsipi haqqında məlumat verib.

Qeyd olunub ki, QS reytinqi Beynəlxalq Reytinq Ekspert Qrupu (IREG) tərəfindən təsdiqlənir və dünyada ən nüfuzlu reytinqlərindən biri kimi qəbul edilir. Universitet rəhbərliyinin böyük səyləri nəticəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, uğurlu strateji təhsil planının həyata keçirilməsi, akademik heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi QS reytinqlər cədvəlində ADU-nun daha da irəliləməsinə şərait yaradıb.

Tarix
2025.03.12 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla