Yuxarı

Tramp İran xalqını təriflədi, Tehrana xəbərdarlıq etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a son müsahibəsində Rusiya və Çin haqqında nisbətən yumşaq danışarkən, İran haqqında “bu başqa mövzudur” fikrini işlədib. Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə yaxşı münasibətləri olduğunu bildirən Tramp Moskvanın və Pekinin yanlış siyasətlərini vurğulamağı da unutmayıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Tramp aparıcının “Tayvana iddiası olan Çinlə necə əməkdaşlıq edəcəksiniz” sualına cavabında bunun mümkün olduğunu və Szinpinlə hər iki tərəf üçün faydalı ticarət sazişi imzalaya biləcəyini söyləyib:

“Tramp bunu deyərkən, sələfi Co Baydeni ittiham edib: “Onun axmaqlığı nəticəsində ABŞ Çinlə ticarət müharibəsində 1 trilyon dollar itirib”. Tramp bunun necə baş verdiyini izah etməyib. Tramp həmişəki kimi Çinə qarşı yüksək tariflərdən istifadə edəcək. Ağ Ev sahibinin sözlərinə görə, Çin ABŞ-dan qazandıqlarını ordusunun güclənməsinə sərf edib.

Tramp Rusiyanın da Bayden administrasiyanın səhvlərinə görə Ukraynaya qarşı müharibəni davam etdirdiyini deyib. Ağ Ev sahibi Rusiyanın enerji daşıyıcılarının yüksək qiymətlərindən istifadə edərək Ukraynaya qarşı müharibəni davam etdirə bildiyi qənaətindədir. Tramp hesab edir ki, enerji daşıyıcılarının qiyməti ucuz olsaydı, Putinin müharibəni davam etdirmək üçün pulu olmayacaqdı. Bunu iddia etmək çətindir. Çünki indinin özündə də ABŞ-ın və AB-nin sanksiyalarına görə Rusiya enerji daşıyıcılarını satmaqda çətinlik çəkir və bu amil Kremlin müharibəni davam etdirməsinə mane olmur.

İrana gəldikdə, Tramp elə etmək istəyir ki, bu ölkə nüvə silahı əldə edə bilməsin. İranın qədim tarixə malik olduğunu deyən və bu ölkədə yaşayanları tərifləyən Tramp Tehranla saziş imkanlarını mümkün hesab edib. Tramp bununla İranla müharibə istəmədiyinə işarə edib. Ancaq onun əsas strateji tərəfdaşı İsrailin Baş naziri Benyamin Netanyahu başqa fikirdədir.

Tramp Tayvana görə Çinlə də müharibə istəmir. Çini böyük ambisiyası olan ölkə kimi dəyərləndirən Tramp, buna baxmayaraq, Çinin ərazisini böyüməyə imkan verməyəcəyini deyib. Tramp bununla Tayvanın Çinə birləşməsinin əleyhinə olduğuna işarə edib. Maraqlıdır ki, Tramp Çinin ərazisinin böyüməsinin əleyhinə olarkən, öz ölkəsinin tezliklə əhəmiyyətli dərəcədə böyüyə biləcəyini deyib.

Ağ Ev sahibi Las-Veqasda çıxışı zamanı bildirib ki, yaxın gələcəkdə ABŞ əhəmiyyətli dərəcədə böyüyəyəcək. Tramp bunun necə baş verə biləcəyini açıqlamasa da, söhbətin Kanada və Qrenlandiyaya iddiasından getdiyi aşkardır. Tramp dediklərini etməyə çalışarsa, Pekin də Tayvanı ələ keçirmək planını icra etməyə başlayacaq”.

Tarix
2025.01.26 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

Azərbaycan Rusiyada keçiriləcək bu iclasdan imtina etdi

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla