Yuxarı

Bayramov Marko Ştutsinlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Azərbaycan XİN başçısı ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində həmkarı Tanya Fayon ilə keçirilmiş görüşü xatırlayaraq bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsinə töhfə verməsi baxımından əhəmiyyətini və bu istiqamətdə dialoqun inkişafının vacibliyini qeyd edib.

Ötən il, həmçinin Azərbaycanın Sloveniyada keçirilən Bled Strateji Forumunda xarici işlər nazirinin müavini səviyyəsində təmsil edildiyi, Forumun dövlət rəsmiləri, beyin mərkəzləri nümayəndələri və media təmsilçiləri arasında fikir mübadiləsi üçün vacib platforma olduğu qeyd edilib.

Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında təhsil və humanitar istiqamətlər üzrə əməkdaşlıqdan bəhs olunub, o cümlədən İkinci Dünya müharibəsi zamanı Sloveniyanın azad edilməsinə mühüm töhfələr verən soydaşlarımız, xüsusilə əfsanəvi Mehdi Hüseynzadə (Mixaylo) kimi qəhrəmanların olmasının müasir dövrdə xalqlarımız arasında əlaqə və yaxınlığın əsasında dayandığı qeyd edilib.

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə səyləri barədə ətraflı məlumatlandırılıb, xüsusilə humanitar minatəmizləmənin əməkdaşlıq üçün yeni istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.

Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin hazırkı vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov əldə olunan bir sıra irəliləyiş və razılaşdırılan müddəalara baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə davam edən ərazi iddiaları, habelə bu ölkənin revanşizm ruhunda sürətli silahlanmasının regional sülh quruculuğuna təhdid törətdiyi qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.02.10 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

Bakı ilə Tehran arasında bu sazişin imzalanması təsdiqləndi

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla