Yuxarı

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Baş nazir Nikol Paşinyan çox çalışır ki, Türkiyə Ermənistan-Azərbaycan sülh sazişi imzalamadan ölkəsi ilə sərhədi açsın. Ankaranın mövqeyi qətidir: “İrəvan sərhədin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalıdır”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sülh sazişinin imzalanması ləngidiyindən Paşinyan Türkiyə ilə sərhədin açılması üçün başqa variantlar üzərində düşünür:

“Paşinyanın təlimatıyla bir neçə gün əvvəl Türkiyənin bir qrup jurnalisti İrəvana dəvət edilir. Ermənistanın baş naziri onların suallarına cavabında Türkiyə ilə münasibətlərin normallaşmasını istədiyi fikrini dönə-dönə təkrarlayır. Bundan sonra Paşinyan Türkiyə istiqamətində ikinci addımını atır. İrəvan Suriyaya humanitar yük göndərmək adıyla Türkiyənin sərhədi müvəqqəti açmasını xahiş edir. Ankara bu xahişə “yox” deyə bilməzdi, çünki söhbət Türkiyənin də dəstək verdiyi Suriyaya humanitar yardımın çatdırılmasından gedir. Beləcə, İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını martın 21-də Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib. Bu keçid məntəqəsi martın 31-dək açıq olacaq. Bununla 1993-cü ildən bağlı olan sərhəd məntəqəsi ilk dəfə açılmış oldu. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib. Paşinyan bu sərhədin açıq qalması üçün Suriyaya kiçik həcmdə olsa belə, humanitar yardımlar göndərməkdə davam edəcək”.

Tarix
2025.03.21 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Kombos

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla