Yuxarı

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brinkin istefa verməsinin səbəbi Donald Tramp administrasiyasının siyasəti ilə razılaşmamasıdır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Brinkin ABŞ-ın siyasəti nəticəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə işgüzar münasibətləri də pisləşib.

Mənbələrin sözlərinə görə, Ağ Ev rəsmiləri Brinkə təzyiq edirlər.

“Kiyevdəki Qərb diplomatları Brinki “Ukraynanın mühüm müdafiəçisi” və “güclü şəxsiyyət” kimi xarakterizə edərək, həm Tramp, həm də Zelenski administrasiyasının təzyiqlərinin ona mənfi təsir göstərdiyini vurğulayırlar. Səfir son vaxtlar sosial mediadakı ritorikasını Trampın mövqeyinə daha çox uyğunlaşdırmaq üçün dəyişməyə məcbur olub. Nəticədə Krivoy Roqa ballistik raket zərbəsi endirildikdən sonra 9 uşaq da daxil olmaqla, 20 nəfərin ölümü haqda X sosial şəbəkəsindəki yazısında Brink Rusiyanın adını çəkməyib”, - nəşr yazıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2022-ci ilin may ayından Ukraynada səfir vəzifəsində çalışan Bricit Brinkin istefa ərizəsi yazdığını təsdiqləyib.

Tarix
2025.04.12 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla