Yuxarı

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini təxirə salması pis hadisədir. İsrailin bir neçə istiqamətdə fəal hərbi əməliyyatlar apardığı bir zamanda Netanyahunun Azərbaycana səfərinin beş gün davam edəcəyi İsrail liderinin Bakı səfərinin önəmindən xəbər verirdi. İndi belə görünür ki, İsrail liderinin Azərbaycana beş günlük səfərini zəruriləşdirən həmin önəmli amillər ortadan qalxıb.

Axar.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.

“Netanyahunun Bakıya səfərini Suriyada İsraillə Türkiyə arasında hərbi münaqişə ehtimalının artmasından sonra təxirə saldığı aydın görünür. İsrail Suriyada Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarının bazalarına zərbə endirməsindən sonra iki ölkə arasında münasibətlər son dərəcə gərginləşib. Suriyada Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi ehtimalı çox artıb. Belə bir vəziyyət isə İsraillə Türkiyə arasında vasitəçiliyə çalışan Azərbaycanın təşəbbüslərini puça çıxarır. Digər tərəfdən Netanyahunun Bakıya beş günlük səfəri Azərbaycanı Türkiyə ilə İsrail arasında seçim etmək məcburiyyətində də qoya bilərdi.

Görünür, İsrail rəhbərliyi müttəfiq hesab etdiyi və böyük dəyər verdiyini hər imkanda nümayiş etdirdiyi Azərbaycanı belə bir seçim etmək məcburiyyəti qarşısında qoymaq istəmədiyi üçün Netanyahunun Bakıya beş günlük səfərini qeyri-müəyyən müddətə təxirə salıb”, - politoloq bildirib.

Tarix
2025.05.04 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla