Yuxarı

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

İranın tərəfdaşları olan Rusiya və Çinin ABŞ-ın müdaxiləsinin qarşısını almaq üçün diplomatik fəallıqlarının heç bir nəticəsi olmadı. Moskva və Pekin İsraili durdura bilmədilərsə, Amerikanı heç durdura bilməyəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi haqda qeyd edib.

“Rusiya Prezidenti Vladimir Putin daha ağır duruma sürüklənib. Birincisi, Rusiya yanvarda İranla strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bu saziş İranı hücumdan xilas etmədi. İkincisi, Putin amerikalı həmkarıyla tərəfdaşlıq əlaqələri qurmuş, Ağ Ev sahibinin Ukrayna siyasətindən məmnun idi. Belə olan halda Putin İrana hücuma görə Trampın ünvanına kəskin fikirlər söyləyib, onunla əməkdaşlıqdan imtina edərmi? Çətin”, - o bildirib.

Politoloqun fikrincə, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da eyni durumdadır:

“Rəcəb Tayyib Ərdoğan Donald Trampla əməkdaşlığın inkişafına ümid edir, iki prezident bir-birini dost adlandırır. Rəsmi Ankara İsrailin İrana hücumunu qəti şəkildə pisləyir, Ərdoğan Benyamin Netanyahunu Adolf Hitlerə bənzədir. Ərdoğanın Trampı Netanyahu ilə eyni sıraya qoyması mümkün görünmür. Əlbəttə, Vaşinqtonun müharibəyə qoşulması qərarı Ankarada tənqid olunacaq, ancaq bu, prezidentlərin münasibətinə çox da mənfi təsir etməyəcək, həm də İrandakı rejimə görə Türkiyə supergüclə niyə üz-göz olmalıdır?”

Tarix
2025.06.22 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla