Yuxarı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatam.

Axar.az xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov deyib.

"Baş verənləri həyəcan və ağrı ilə izləyirik. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çətinliklər yaranıb, lakin əminəm ki, hər şey sülh yolu ilə, xalqların maraqlarına və ümumi tarixə hörmətlə həll olunacaq. Təxribatlara boyun əyməyin, millətçiliyə boyun əyməyin. Bütün bunlar nifaq salmaq cəhdləridir. Biz artıq bir neçə dəfə sübut etmişik: birliyimiz bizi parçalamaq cəhdlərindən daha güclüdür.

Bütün çətinliklər müvəqqətidir, amma qardaşlıq, ləyaqət bizimlə əbədi olaraq qalır. Çoxmillətli Dağıstanda azərbaycanlılar yerli xalqdır və regionlar arasında əlaqə coğrafiyadan qat-qat dərindir: qohumluq, mədəniyyət və birgə yaşayışdır", - o bildirib.

Tarix
2025.07.06 / 18:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla