Yuxarı

Azərbaycanlı alim Nyu York EA-nın üzvü seçildi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı alim Nyu York EA-nın üzvü seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Zöhhak Abbasov Nyu York Elmlər Akademiyasının üzvü seçilib.

Noyabrın 11-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclasında Nyu York Elmlər Akademiyasının üzvlük diplomu Z.Abbasova təqdim olunub.

GGİ-dən Axar.az-a bildiriblər ki, institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Sonra icrası 2016-cı ildə başa çatmış elmi-tədqiqat işləri üzrə yekun hesabatlar müzakirə olunub. "Terek-Xəzər çökəkliyinin cənub-şərq hissəsində çökmə süxurların karbohidrogen potensialı və onun realizasiya şəraiti", "Cənubi Xəzər çökəkliyinin məhsuldar və qırmızı qat yataqlarında neft və qaz mənbələri", "Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi" mövzularında araşdırmalar, həmçinin GGİ və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu tərəfindən birgə yaradılmış beynəlxalq laboratoriyada elmi-tədqiqat proqramlarının gedişatı haqqında çıxışlar dinlənilib.

İclasda təhsil və kadr məsələləri də müzakirə olunub.

Tarix
2016.11.11 / 21:34
Müəllif
Axar.Az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla