Yuxarı

Dubayda analoqu olmayan layihə reallaşdırılır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubayda analoqu olmayan layihə reallaşdırılır

Dubay yenidən bütün dünyanın diqqətini öz üzərinə çəkməyə hazırlaşır. Belə ki, gələn ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində Dubay ilə Əbu-Dabi şəhərləri arasında "Hyperloop" texnologiyası əsasında qurulmuş dünyada ilk tras sınaqdan keçiriləcək.

Qeyd edək ki, layihə sayəsində Dubay və Əbu-Dabi arasındakı 105 km-lik məsafəni cəmi 12 dəqiqəyə qət etmək mümkün olacaq. Lakin ilk layihə sərnişinlər üçün deyil, yük daşınması üçün nəzərdə tutulub.

Report-un verdiyi xəbərə görə, bu barədə "Hyperloop One" şirkətinin təsisçilərindən biri Coş Qayqel Lissabonda keçirilən "Veb Summit" adlı internet-sahibkarların mətbuat konfransında bildirib.

"Layihənin rellaşması üçün inşaatçılar tapmışıq. Onlar yəqin ki, bizim aqressiv hədəflərimizdən razı deyillər. Amma bu işə gələn ilin əvvəli başlamağa ümid edirik. Artıq səhrada sütunlar quraşdırmağa başlamışıq, borular yığırıq. Sınaq işlərinə növbəti ilin əvvəlindən başlamağı ümid edirik", - deyə o, qeyd edib.

"Hyperloop"un texnologiyası

Bu texnologiya nəqliyyat vasitəsinin boru daxilində vakuum şəraitində 1 200 km/saat sürəti ilə hərəkət etməsini nəzərdə tutur. Layihəni "Tesla" elektromobil şirkətinin yaradıcısı Elon Mask təklif edib.

Qeyd edək ki, layihənin investoru qismində Bakı limanında xidmət göstərəcək "DP World" (dünyanın 40 ölkəsində 80 limana malikdir) liman operatoru çıxış edib.

Bir müddət əvvəl Rusiya da bu layihəyə maraq göstərib.

Layihə müəllifləri hesab edirlər ki, "Hyperloop" texnologiyası əksəriyyəti hazırda tam gücü ilə çalışan liman sahiblərinə sahələrini genişləndirmək üçün əlavə ərazi almaq əvəzində, sahilə vakuum boru ilə birləşdirilən ofşor terminallar tikməklə qənaət etməyə şərait yaradacaq.

Bu ideya hələ 2009-cu ildə ABŞ hökuməti tərəfindən təklif edilən "Kaliforniya sürət qatarı" layihəsinə cavab olaraq yaradılıb. Bu layihə yeni nəqliyyat vasitəsinin sürətinin təyyarədən 2 dəfə, sürət qatarından isə 4 dəfə artıq olmasına və Los-Ancelesdən San-Fransiskoya (561 km) cəmi 30 dəqiqəyə çatmasına imkan verəcək.

Tarix
2016.11.12 / 18:08
Müəllif
Axar.Az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla