Yuxarı

Rusiya ilə sərhəddən 300-ə qədər avtomobil keçdi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə sərhəddən 300-ə qədər avtomobil keçdi

İki gün ərzində Azərbaycan-Rusiya sərhədindən 300-ə qədər yük avtomobili keçib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, son günlərdə Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı mövcud vəziyyətlə tanış olmaq üçün noyabrın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda olub. Komitə sədri avtonəqliyyat vasitələrinin sürücüləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandıraraq bildirib ki, Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparılır və problemin qısa vaxtda həll edilməsi üçün bütün müvafiq tədbirlər görülür.

Yaranan problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı danışıqlardan sonra iki gün ərzində 300-ə qədər yük avtomobilinin sərhədi keçməsi təmin edilib və sıxlıq nisbətən aradan qaldırılıb. Bundan başqa Rusiya Federasiyası rəsmiləri yaxın 2 gün ərzində sıxlığın tam aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

Tarix
2016.11.12 / 18:47
Müəllif
Axar.Az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla