Yuxarı

Təhsil İdarəsi səyyar qəbul keçirəcək

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil İdarəsi səyyar qəbul keçirəcək

Noyabrın 18-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə növbəti səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Axar.az-a bildirilib ki, tədbir Xəzər rayonundakı 117 nömrəli tam orta məktəbdə saat 10-da başlanacaq.

Qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədilə təşkil edilir.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Tarix
2016.11.16 / 01:49
Müəllif
Axar.Az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla