Yuxarı

Leyla Əliyeva Moskvada əməkdaşlıq sazişi imzaladı - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Moskvada əməkdaşlıq sazişi imzaladı - Foto

Noyabrın 15-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Qafqaz Təbiəti Mərkəzi" Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.

IDEA-dan Axar.az-a verilən məlumata görə, R. Şyuşayte bildirib ki, "Qafqaz Təbiəti Mərkəzi" MQKT-nin məqsədi Şimali Qafqaz təbiətinin resurslarının qorunmasına, artırılmasına və mühafizəsinə, Şimali Qafqaz Federal Dairəsində ekoloji təşəbbüslərin dəstəklənməsi, Şimali Qafqazın flora və faunasının nadir və yox olma təhlükəsi ilə üzləşən növlərinin qorunması üzrə təbiətin mühafizəsi layihələrinin reallaşdırılmasına yönələn layihələri sistemli olaraq həyata keçirməkdir. Mərkəzin başlıca layihələrindən biri – "Qafqazda Ön Asiya bəbirinin bərpası (reintroduksiya) üzrə proqram" Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2007-ci ildən reallaşdırılır. Proqramın inkişafı məqsədilə Soçi Milli Parkında Qafqazda Bəbirlərin Bərpası Mərkəzi inşa olunub.

Leyla Əliyeva öz növbəsində IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən "Qafqazın Böyük Beşliyi" proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırladaraq burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd olunan mərkəz Qafqazın nadir heyvan növü olan bəbirlərin populyasiyası üzrə bir təsisatdır. Leyla Əliyeva Qafqaz faunasının mühafizəsinin səmərəliliyinin artırılması baxımından IDEA və "Qafqaz Təbiəti Mərkəzi"nin səylərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə IDEA İctimai Birliyi və "Qafqaz Təbiəti Mərkəzi" MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub. Tərəflər aktual regional ekoloji məsələləri, o cümlədən sərhədyanı ərazilərdə təbiətin qorunması və ictimaiyyətin maarifləndirilməsini, zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması, Xəzər suitisinin mühafizəsi və Qafqazda eko-turizmin təşviqi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin Rusiyada yaşayan azərbaycanlı gənclərin "2017 - Ekologiya ili" çərçivəsində həyata keçiriləcək ekoloji layihələrdə iştirakını müzakirə ediblər.

Tarix
2016.11.16 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla