Yuxarı

Rusiya ilə sərhəddə yaranan tıxacın səbəbi bəlli oldu

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə sərhəddə yaranan tıxacın səbəbi bəlli oldu

Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunması məsələsi müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, müzakirələr noyabrın 18-də Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq Qazmalar" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüşü zamanı aparılıb.

Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin qatıldığı toplantıda Xaçmaz Gömrük İdarəsinin "Samur" və Rusiya tərəfində yerləşən "Yaraq Qazmalar" sərhəd-keçid məntəqələrində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunması ilə bağlı vəziyyət müzakirə olunub.

Görüşdə son günlər sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbləri, sıxlığın aradan qaldırılma üsulları və bu sahədə həyata keçirilən qarşılıqlı səylər haqda danışılıb. Bildirilib ki, sıxlığın yaranmasının səbəblərindən biri mövsümlə əlaqədar Rusiya Federasiyasına kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin sayının artmasıdır.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyini ifadə ediblər.

Sonda işçi görüşün protokolu imzalanıb.

Tarix
2016.11.18 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla